16 iyul 2013 12:04
Xəzər Lənkəranın düşərgəsində iki xoş hadisə
Hazırda İsrailin Hayfa şəhərində “Maccabi” (Hayfa) ilə oyuna hazırlaşan “Xəzər Lənkəran”ın düşərgəsində ötən gün iki xoş hadisə qeyd olunub. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Adrian Pitin doğum gününü qeyd edib.
30 yaşını qeyd edən Piti komanda yoldaşları təbrik etməyə hazırlaşdığı bir vaxtda digər sevincli xəbər İspaniyadan gəlib. Axşam saatlarında ispaniyalı müdafiəçi Alvaro Silvanın oğul övladı dünyaya gəlib.
