16 iyul 2013 12:32
Xəzər Lənkəranın Maccabi ilə oyununu 14000 azarkeş izləyəcək
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”la İsrail “Maccabi”si (Hayfa) arasındakı ilk oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 5000 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna olunmur. “Maccabi”nin yeni mövsümdəki ilk rəsmi oyununa 15 minə yaxın azarkeşin gəlməsi gözlənilir.
Qeyd edək ki, “Maccabi” – “Xəzər Lənkəran” matçı iyulun 18-də Hayfadakı “Kiryat Eliezer” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək. Sözügedən arena 14002 azarkeş tutumuna malikdi. Cavab görüşü isə iyulun 25-də Lənkəranda baş tutacaq.
