16 iyul 2013 12:58
Rəvan artıq Sloveniyadadı
Yeni mövsüm üçün çalışmalarına davam edən "Rəvan” hazırlığın ikinci mərhələsi çərçivəsində artıq Sloveniyadadı. Azerisport.az xəbər verir ki, komandanın heyətində 18 futbolçu yer alıb.
“Aslanlar” iyulun 14-də Bakı vaxtı ilə saat 18:00-da uzun yolçuluğa start verib. 4 saatlıq təyyarə uçuşundan sonra Avstriyanın paytaxtı Vyanaya çatan heyət üzvləri Motsart, Bethoven və s. kimi dahilərin vətənində bir qədər dincəldikdən sonra hazırlığın baş tutacağı Mariborun yolunu tutub. “Rəvan”ın üzvləri Sloveniyanın adıçəkilən şəhərinin komanda üçün baza kimi nəzərdə tutulan hissəsinə - "Draş Center Hotel”ə isə yerli vaxtla saat 00:00-da çatıb.
Qeyd edək ki, bu günə komandanın 2 məşqi nəzərdə tutulub. (klub saytı)
