17 iyul 2013 01:02
Piast Bakıya yola düşdü (FOTO)
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubu bu gün Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, Qlivitsa təmsilçisi viza problemi ilə üzləşsə də, ötən gecə bunu yoluna qoymağı bacarıblar.
Polşa təmsilçisi Bakı vaxtı ilə 23:45-də yola düşüb. Çarter reysi ilə, Krakov-Bakı marşrutu üzrə hərəkət edən “Piast”ın bu gün səhər saatlarında Azərbaycanda olması gözlənilir.
Qeyd edək ki, “Qarabağ”ın “Piast”la ilk oyunu iyulun 18-də Bakıda keçiriləcək.
