17 iyul 2013 01:13
İsgəndər Cavadov: İnterin Tromse ilə ilk oyunundan sonra çox şeyə aydınlıq gələcək
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter”lə Norveç “Tromse”si arasındakı oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Əgər biz yaxşı nəticə qazanmaqdan danışırıqsa, o zaman mütləq üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq lazımdı. “Tromse” “Mariehamn”dan daha təcrübəlidi. Komandamız sadəcə öz futbolunu oynayıb, qələbə qazanmağa çalışmalıdı. Mən komandamızın qələbə qazanacaq gücdə olduğuna inanıram. Düzdü, komandanın üzvləri hələ bir-birini tam yaxşı başa düşmür. İstənilən halda ilk oyundan sonra çox şeyə aydınlıq gələcək”.