16 iyul 2013 13:09

Xəzər Lənkəranın rəqibi Nilsson və Rodionova göz dikib

İsrailin “Maccabi” (Hayfa) klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la oyunları öncəsi transfer çalışmalarını da davam etdirir. Azerisport.az xəbər verir ki, hayfalılar hazırda iki futbolçunun transfer üçün çalışır.

Bunlar isveçli Lars Nilsson və belaruslu Vitali Rodionovdu.

Qeyd edək ki, 31 yaşlı Nilsson İsveçin “Elfsborg” klubunda çıxış edir. Baş məşqçi Arik Benado bu hücumçunun komandasına çox faydalı olacağını düşünür. İsveç yığmasında da çıxış etmiş Larsın vaxtilə “Brage”, “Heerenveen“, “Saint-Etienne”, “Aalborg”, “Vitesse” kimi komandaların şərəfini qoruduğunu da vurğulayaq.
 
İsrail təmsilçisi Nilssonu heyətinə qata bilməsə, o zaman Rodionovun keçidini həll etməyə çalışacaq. Belarusun BATE klubunun son illərdəki uğurlarında böyük pay sahibi olan bu hücumçunu çoxdan izləyən “Maccabi”nin skautları məhz indi ona elçi düşməyə qərar veriblər. Amma 29 yaşlı forvardın bu keçidə nə dərəcədə müsbət yanaşacağı hələlik bilinmir. Hər halda Belarus millisinin aparıcı üzvünün “Xəzər Lənkəran”a qarşı forma geyməsi istisna olunmur.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Maccabi” arasındakı ilk oyun iyulun 18-də Hayfada, cavab görüşü isə ayın 25-də Lənkəranda baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.