17 iyul 2013 22:49
Neftçi Skenderbeuya ilk oyunda qalib gələ bilmədi (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu gün yeni mövsümdəki ilk matçına çıxıb.
Komandamız ilk cəhdində Albaniya çempionu “Skenderbeu”nu mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son üç mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Növbəti mərhələyə adlamaq yolunda hər şeyə elə ilk oyunda - Bakıda aydınlıq gətirilməsi böyük əhəmiyyət daşıyırdı. Çünki “Skenderbeu” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar” qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmalıydı. Lakin çox təəssüf ki, komandamız bu görüşdə qolsuz heç-heçəyə razılaşmalı olub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 23-də Korçedə keçiriləcək.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
Neftçi – Skenderbeu - 0:0 (0:0)
Baş hakim: Leontis Trattu (Cənubi Kipr)
Bakı. “Bakcell Arena”.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Sefanın cərimə zərbəsi təhlükəli olsa da, Saşa qapıda səhvsiz oynayır
6. "Neftçi" oyunda ilk təhlükəli vəziyyətini yaratdı. Müdafiəçilərin arxasına atılan topu ələ keçirən Platye iti bucaq altında qapıya zərbə endirsə də, azacıq dəqiqlik çatışmır
8. Qonaqlar az qala hesabı açacaqdılar. Lilay gözəl texnika göstərək qapıya zərbə endirsə də, top qapıdan azca yan keçir
11. "Neftçi" oyunda ilk korner vuruşunu yerinə yetirir. Rəqib müdafiədə diqqətlidi
15. Komandamızın hücumları hələ ki, kəsərli alınmır
17. Flavinyonun uzaqdan zərbəsini qapıçı asanlıqla tutur
22. R.Sadiqov oyunda ilk sarı vərəqənin müəllifi olur
25. Platyenin yaxın məsafədən zərbəsini Flavinyo boş qapıya göndərə bilmir. Komandamız inanılmaz epizodu qaçırır
26. Flavinyonun qapı qarşısına ötürdüyü topu rəqib qapıçı tutur
35. Geridə qalan müddət ərzində "Neftçi"nin oyunu bir o qədər də yaxşı alınmır
40. "Neftçi" hesabı açmaq üçün daha bir əlverişli fürsəti qaçırır
45. Albanlar komandamızın oyunçularına qarşı çox yaxın oynayırlar və onların sərbəs oynamasına imkan vermirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Qonaqlar korner qazanırlar. Peyiçin baş zərbəsi qapının üstündən keçir
50. Flavinyonun uzaqdan zərbəsi müdafiəçiyə toxunub kornerə çıxır
51. Komandamız bu korneri də çox uğursuz yerinə yetirir
51. Platye qapıçı ilə üz-üzə qalsa da, yenə qol vura bilmir
59. Ademir Vobayı cərimə meydançasına daxil olarkən yıxdığına görə sarı vərəqə alır
60. "Neftçi" yenə inanılmaz qol şansını qaçırır. Cərimə meydançasına ötürülən topu müdafiçilər uzaqlaşdıra bilmirlər. Amma Platyenin təkrar zərbəsi yalnız korner qazandırır
61. Korneri komandamız yenə istənilən kimi yerinə yetirə bilmir
62. "Neftçi" bu dəqiqələrdə təzyiqi artırıb. Komandamız daha bir korner qazanır. Rəqib futbolçular isə əvəzində tez-tez yerdə qalmaqla vaxt aparmağa çalışırlar
63. Korner vuruşunu bu dəfə rəqib qapıçı topu tutmaqla heçə endirir
64. Arapi sarı vərəqə alır
67. "Neftçi" növbəti korner vuruşu zamanı yenə istəyinə çata bilmir
68. "Skenderbeu"nun qol vurmasına son anda Mitreski mane olur
68. A.Abdullayevi C.İmamverdiyev əvəzləyir
70. "Skenderbeu" daha bir təhlükəli vəziyyət yaratsa da, hər şey komandamız üçün yaxşı başa çatır
75. Flavinyo komandasının əla hücumunu qolla tamamlamağa borcu olsa da, əlverişli mövqedən qapıya dəqiq zərbə vura bilmir
76. "Neftçi"nin korner vuruşu zamanı D.Silvanın baş zərbəsinə qapıçı inanılmaz reaksiya nümayiş etdirir
77. İ.Mitreski hakimə etiraz etdiyi üçün sarı vərəqə alır
79. Sefa sarı vərəqə alır
79. Vobayın yaxın məsafədən zərbəsini yenə qapıçı tutur. Şehi bu gün "Neftçi" üçün keçilməz səddə çevrilib
81. Sefanın əvəzində meydana Abazi çıxır
81. Şükürova da sarı vərəqə göstərilir
86. "Neftçi"də Vobayı Nasimov, "Skenderbeu"da isə Likanı Nimaqa əvəzləyir
87. Komandamız daha bir korneri boşa verir
90. "Neftçi"nin korneri yenə bəhrəsiz qaldı
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Platyenin başla zərbəsi dəqiq olmur
90+2. Abazi və Flavinyo sarı vərəqəylə cəzalanır
Matç başa çatdı
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Julius Vobay, 11. Melvin Platye, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 32. Elvin Yunuszadə, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 14. Bahodir Nasimov.
SKENDERBEU: 1. Orges Şehi, 3. Renato Arapi, 20. Ademir Souza, 33. Marko Radaş, 78. İvan Qvozdenoviç, 8. Nurudin Orelesi, 17. Gilman Lika, 31. Jetmir Sefa, 88. Sabyen Lilay, 10. Bledi Şkembi (k), 22. Pero Peyiç.
Ehtiyat oyunçular: 12. Eryon Lapanyi, 4. Endrit Vrapi, 14. Leonit Abazi, 19. Bakari Nimaqa, 23. Jeliko Tomiç, 7. Erbim Faqu, 9. Mario Morina.
