17 iyul 2013 01:27
Piast daha bir futbolçusunu Bakıya gətirmir
Polşanın “Piast” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı ilk oyun öncəsi daha bir ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Kristof Krol sıradan çıxıb.
O, komandasının son yoxlama matçında zədələnib. Bu üzdən də müdafiəçi ölkəmizə gətirilməyib.
Bu, “Piast”ın “Qarabağ”la matç öncəsi ikinci itkisidi. Krolla yanaşı Qlivitsa klubunun yeni transferi Mark Embuena da Bakıya gələ bilməyib. Buna onun üçün viza alınmaması səbəb olub.
Qeyd edək ki, “Qarabağ”la “Piast” arasındakı ilk oyun iyulun 18-də Bakıda, cavab görüşü ayın 25-də Qlivitsada keçiriləcək.
