16 iyul 2013 13:46
Piastın məşqçisi: Biz Qarabağla oyunlarda sürpriz edə bilərik
Polşanın “Piast” klubunun məşqçisi Dariuş Dudek Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Bizim “Qarabağ” haqqında məlumatımız var. Fikrimcə, biz bu komanda ilə oyunlarda rəqibimizi cəzalandıra, sürprizə imza ata bilərik”.
Qeyd edək ki, “Qarabağ”la “Piast” arasındakı ilk oyun iyulun 18-də Bakıda keçiriləcək.