16 iyul 2013 23:15
Milinko Pantiçli Bakıya ilk məğlubiyyəti serblər yaşatdı (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, serbiyalı baş məşqçi Milinko Pantiç yetirmələrini həmyerliləri ilə görüşdə sınayıb.
Belə ki, “zolaqlılar” Serbiyanın “Donji Srem” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Bakı"nın böyük hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, paytaxt klubunun Pantiçin rəhbərliyi altında ilk məğlubiyyəti olub.
Qeyd edək ki, “Bakı” bundan öncə yerli “Hermagor”u 4:1, “Penik” klubunu 8:0 hesabıyla darmadağın etmişdi. SPİNS-lə qarşılaşma isə 2:1 hesablı qələbə ilə başa çatmışdı.
Yoxlama oyunu
16 iyul
Bakı – Donji Srem - 1:4 (0:2)
8-ci dəqiqədə serblər hesabı açır - 0:1
28-ci dəqiqədə serblər daha bir qol vururlar - 0:2
73-cü dəqiqədə penaltidən fərqlənən Əfran İsmayılov fərqi azaldır - 1:2
76-cı dəqiqədə serblər də məhz penaltidən daha bir qol vururlar - 1:3
78-ci dəqiqədə "Bakı" daha bir qol buraxır - 1:4
"Bakı"nın start heyəti: Edin Nuredinoski, Aqil Nəbiyev, Nicat Əsgərov, Yure Travner, Aleksandr Şoliç, Lukaş Mario Horvat, Deyvidas Çesnauski, Əfran İsmayılov, Vadim Abdullayev, Mindauqas Kalonas, Marius Pena.
