16 iyul 2013 14:28
Qarabağın Piastla oyun öncəsi açıq məşqinin vaxtı bilindi
“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ı ilə ilk oyun öncəsi mətbuat üçün açıq məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, bu, oyundan bir gün öncə baş tutacaq və saat 19:00-da başlayacaq.
Həmin gün eyni zamanda komandanın baş məşqçisi Qurban Qurbanov da jurnalistlərin suallarını cavablayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Piast” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
