16 iyul 2013 15:36
Azərbaycan Ukraynaya qalib gəldi
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Aysun Əliyevanın dubl etdiyi oyunda Nigar Cəlilli 1 dəfə fərqlənib.
