16 iyul 2013 15:53
Branimir Subaşiçin Ordusporda hansı forma ilə çıxış edəcəyi bəlli oldu (FOTO)
Türkiyənin “Orduspor” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç də yaxından iştirak edir.
“Orduspor” klub bazasında hazırlıq keçir. Məşqçilər korpusu məşqləri azarkeşlərə və mətbuata qapalı şəkildə həyata keçirirlər.
Bu arada Subaşiçin “Orduspor”da hansı forma altında çıxış edəcəyi də müəyyənləşib. Belə ki, millimizin üzvü 15 nömrəli futbol geyimini seçib.
