16 iyul 2013 16:15
“Qələbə qazansaq da, bu, ən yaxşı oyunlarımızdan biri deyildi”
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Azərbaycan U-19 yığmasının baş məşqçisi Patrisia Qonzales fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, ispaniyalı mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
"Oyun istədiyimiz kimi alınmadı. Qələbə qazanmağımıza baxmayaraq, bu, heç də yaxşı oyunlarımızdan biri deyildi. Komandaya fərqli tapşırıqlar verilmişdi. Bu qarşılaşmada özümüzü və rəqibi təhlil etmək imkanı qazandıq. Avropa çempionatının seçmə mərhələsinin startına qədər oyunumuzu təkmilləşdirməyə çalışacağıq".
