16 iyul 2013 16:26
“İstənilən halda, məğlubiyyət xoş deyil”
Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Ukrayna U-19 yığmasının baş məşqçisi Natalya Zinçenko fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 2:3 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
"Buraya gətirdiyimiz heyət yeni yığılıb. Təbii ki, yeni komandadan daha artığını gözləmək çətindi. İstənilən halda, məğlubiyyət xoş deyil. Müdafiədə bağışlanmaz səhvlər buraxdıq və bu baxımdan uduzmağımız məntiqəuyğundu. Növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq". (AFFA)
