16 iyul 2013 16:37
Pantiç Kamran Ağayevi də Avstriyaya çağırdı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev yaşıl meydanlara qayıdır. Azerisport.az xəbər verir ki, iyunun 22-də əməliyyat olunun qolkiper bu üzdən həm Bakıda təşkil olunan hərbçilər arasında dünya çempionatında, həm də “Bakı”nın ilkin təlim-məşq toplanışında iştirak edə bilmədi.
Ağayev “zolaqlılar”ın Avstriyadakı toplanışında da iştirak etmirdi. Amma sabah o, komandasının düşərgəsinə qoşulacaq. Baş məşqçi Milinko Pantiç Kamranın da bundan sonrakı məşqlərdə iştirakını vacib sayıb.
Qeyd edək ki, Ağayevin yoxluğunda “Bakı”nın qapısını Avstriyadakı yoxlama oyunlarında Edin Nuredinoski qoruyurdu. Lakin Kamranın durumu imkan versə, sonrakı yoxlama oyunlarında çərçivəni məhz millimizin qapıçısı qoruyacaq.
