16 iyul 2013 16:48
Piast Azərbaycanda oynamış futbolçu ilə güclənə bilər
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubu vaxtilə Azərbaycan çempionatında oynamış futbolçu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, bu, “Qəbələ”nin sabiq forvardı Con Kollinzdi.
27 yaşlı hollandiyalı hücumçu hazırda Qlivitsa təmsilçisinin düşərgəsində baxışdadı. Onun bu klubda qalıb-qalmayacağı hələlik bilinmir.
Qeyd edək ki, Kollinz “Qəbələ”də 2011-ci ildə top qovub.
