16 iyul 2013 17:26
Piast bu gün Bakıya yola düşür
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubu bu gün Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, Qlivitsa təmsilçisinin rəhbərliyi müxtəlif problemləri qabardaraq Bakıya məhz oyun günü gələcəklərini iddia etsələr də, görünür fikirlərini dəyişiblər.
Bu gün viza problemini də yoluna qoyacaq Polşa təmsilçisi Bakı vaxtı ilə 23:45-də yola düşəcək. “Piast”ın sabah səhər saatlarında Azərbaycanda olması gözlənilir.
Qeyd edək ki, “Qarabağ”ın “Piast”la ilk oyunu iyulun 18-də Bakıda keçiriləcək.
