16 iyul 2013 17:35
Bakının İtaliyada Udinese ilə qarşılaşacağı dəqiqləşdi
“Bakı”Avstriyada təlim-məşq toplanışı çərçivəsində daha üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, artıq yoldaşlıq oyunlarında rəqiblərdən biri müəyənləşib.
Bu, İtaliyanın iddialı komandalarından biri olan "Udinese" klubudu. Oyun iyulun 21-də Bakı vaxtı ilə saat 20:30 da İtaliyanın Tolmezo şəhərində keçiriləcək.
Digər rəqiblərin kimliyinə isə hələlik aydınlıq gəlməyib.
