16 iyul 2013 17:44
Piastın Getafedən aldığı yeni futbolçusu Qarabağa qarşı oynaya bilməyəcək
Polşanın “Piast” klubunun yeni transferi Mark Embuena Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı ilk oyunda forma geyə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna onun üçün viza alınmaması səbəb olub.
Bu üzdən də ispaniyalı yarımmüdafiəçi ölkəmizə gətirilmir. Qlivitsa təmsilçisi İspaniyanın “Getafe” klubundan aldığı, vaxtilə “Valencia” və “Real Murcia”da da çıxış etmiş bu oyunçunun xidmətindən yalnız evdə keçirəcəyi cavab görüşündə yararlana biləcək.
Qeyd edək ki, “Qarabağ”la “Piast” arasındakı ilk oyun iyulun 18-də Bakıda, cavab görüşü ayın 25-də Qlivitsada keçiriləcək.
