16 iyul 2013 17:53
İnter artıq Tromsedədi
Məlum olduğu kimi, iyulun 18-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Tromse” - “İnter” matçı baş tutacaq. Azerisport.az xəbər verir ki, “bankirlər” bu gün səhər çarter reysi ilə Tromse şəhərinə yola düşüb.
Komandamız artıq mənzil başına çatıb. Paytaxt klubu “Radisson Blue” otelində məskunlaşıb.
Bu gün axşam “İnter” Norveçdə ilk məşqinə çıxacaq. Növbəti gün isə komanda oyunun keçiriləcəyi “Alfheym” stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, “İnter”lə “Tromse” arasındakı ilk oyun iyulun 18-də keçiriləcək. Cavab görüşü isə iyulun 25-də Bakıda baş tutacaq.
