17 iyul 2013 18:19
Millimizin oyunçusu məşq etdi, sonda alqışlarla yola salındı (FOTOLAR)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir.
Əskişəhər klubu bu gün növbəti məşqinə çıxıb. Baş məşqçi Ertoğrul Sağlamın rəhbərliyi altında hazırlıqları tamamladıqdan sonra “Eskişehirspor”lu futbolçular texniki heyətin alqışları ilə meydanı tərk ediblər.
