17 iyul 2013 20:22

Qurban Qurbanov: Hətta ilk oyunda uduzsaq da, cütün taleyinə Polşada aydınlıq gələcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

“Sabah güclü rəqiblə qarşılaşacağıq. “Piast” avrokuboklarda debüt etməyə hazırlaşsa da, ciddi rəqibdi. Çempionatdakı oyunlarını izləmişəm. Kifayət qədər mobil komandadı. Güclü müdafiə xətti, yaxşı hücumları var. Onların oyun üslubu bizimkindən tamamilə fərqlənir. Ona görə bizim çətinliklərimiz yarana bilər. Amma rəqibi yaxşı analiz etmişik, hazırlaşmışıq. Komandamız yaxşı motivasiya olunub. Maraqlı oyun olacaq.
 
- “Piast”ı bir neçə il öncə məğlub etdiyiniz digər Polşa klubu “Visla” ilə müqayisə edə bilərsiz?
- “Piast”la “Visla”nı müqayisə etməyəcəm. O vaxt bizdə hər şey çox yaxşı alındı. Bu dəfə necə olacağını heç kim bilmir. Amma biz növbəti mərhələyə adlayacağımıza ümidliyik”.
 
- Polşalılar cavab matçına daha çox önəm verdiklərini gizlətmirlər. Bəs sizin üçün hansı matç daha vacibdi?
- Hər şeyə cavab matçında aydınlıq gələcək. Hərdən elə olur ki, evdə uduzursan, səfərdə qalib gəlirsən. Bakıdakı oyun heç nəyi həll etməyəcək. Hətta biz uduzsaq da. Amma ilk oyunda qələbə qazanmaq istəyirik. Onların stadionu kiçik olsa da, azarkeşlərinin möhtəşəm dəstəyi olur. Yəqin ki, bizimlə oyunlarda da azarkeşlərinin dəstəyinə ehtiyac duyurlar. Buna baxmayaraq, hesab edirəm ki, Polşada işimiz daha asan olacaq. Çünki rəqibi tanımış olacağıq.
 
- Polşa klubları fiziki cəhətdən güclü olurlar. Bəs komandanızda bu baxımdan vəziyyət necədi?
- Şübhəsiz ki, yaxşı fiziki hazırlığın olmasa, çox uzağa gedə bilməzsən. Amma digər komponentlər də vacibdi. Biz də bütün məqamlara diqqət yetirmişik. Əminəm ki, rəqib komanda da yalnız fiziki baxımdan güclü deyil. Fiziki cəhətdən onlara uduzmuruq. Lakin atletik baxımdan mümkündü ki, rəqibdən geri qalırıq. Buna da hazırıq. Çalışacağıq ki, onları cərimə meydançamıza yaxın buraxmayaq.
 
- “Piast”ın rəhbərliyi ölkəmizlə bağlı futbola dəxli olmayan bir çox açıqlamalarla yada qaldı. Bu, sizə necə təsir etdi?
- Bunu normal qəbul etdik. Bu, ölkəmizə öz aşpazları ilə gələn ilk komanda deyil. Amma biz bunlara fikir vermirik.
 
- Heyəti müəyyənləşdirmisiz?
- Bilirəm. Amma bu haqda danışmayacağam.
 
- Nikolas Gelaşvili hələ ümidləri doğrulda bilmir. Heyətdə dəyişiklik mümkündü?
- Oyunda görəcəksiz. Xüsusi dəyişiklik olmayacaq. Gelaşviliyə gəlincə, o, hələlik mənim ümidlərimi doğruldur. O, öz tapşırıqlarını yerinə yetirir. Sadəcə qol çatışmır ki, onun da olacağına əminəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.