17 iyul 2013 20:46
Benado: Maccabi aqressiv və hücum futbolu nümayiş etdirəcək
İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
“Sabah avrokuboklarda ilk addımımızı atacağıq. Ümid edirəm ki, bu turnirdəki yolumuz uzun olacaq. Təlim-məşq toplanışında çox çalışmışıq. Amma komanda hələ pis formaya çatmayıb. Biz öncə öz gücümüzü bilməliyik ki, bu mərhələni keçə bilək. Bizə asan olmayacaq. Lakin mən öz oyunçularıma güvənirəm”.
“Sabah avrokuboklarda ilk addımımızı atacağıq. Ümid edirəm ki, bu turnirdəki yolumuz uzun olacaq. Təlim-məşq toplanışında çox çalışmışıq. Amma komanda hələ pis formaya çatmayıb. Biz öncə öz gücümüzü bilməliyik ki, bu mərhələni keçə bilək. Bizə asan olmayacaq. Lakin mən öz oyunçularıma güvənirəm”.
“Xəzər Lənkəran” barədə danışarkən israilli mütəxəssis bunları dilə gətirib: “Azərbaycan klubunu öyrənmişik. Güclü və zəif tərəflərini bilirik. Rəqibimizin heyətində çoxlu legioner futbolçu var. Odu ki, hər şey ola bilər. Bu üzdən futbolçularım Avropa Liqasındakı çıxışımızın vacibliyini anlayırlar”.
Benado komandamıza qarşı necə oynayacaqlarından da danışıb: “Biz aqressiv, hücum futbolu sərgiləyəcəyik. Meydanın hər nöqtəsi uğrunda mübarizə aparmalıyıq. “Xəzər Lənkəran”ın oyununa gəlincə, komandanın baş məşqçisi Con Toşakdı. O, böyük təcrübəyə malikdi və hansı oyunda necə oynamaq lazım olduğunu yaxşı bilir. Ola bilər ki, Toşakın Madrid “Real”ını çalışdırdığı zamandan çox vaxt keçib. Amma ona yenə də hörmət etmək lazımdı”.
“Maccabi”nin çalışdırıcısı yeni aldıqları futbolçuların Con Toşakın komandasına çətinlik yaşadacağına əmindi: “Hər bir futbolçuma inanıram. Yeni oyunçular artıq komandaya uyğunlaşıblar. Futbolçularımız yaxşı forma yığıblar. Fikrimcə, yeni gələnlər komandamızı həqiqətən gücləndiriblər. Ümid edirəm ki, bunu “Xəzər Lənkəran”la oyunda sübut edə biləcəyik”.
