17 iyul 2013 21:17
Marçin Broş: Qarabağa hörmət etsək də, Bakıda qələbə qazanmaq istəyirik
Polşanın “Piast” klubunun baş məşqçisi Maçtin Broş Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Qonaqpərvərliyinizə görə təşəkkürümü bildirirəm. Bilirik ki, “Qarabağ”da yaxşı futbolçular çıxış edir. Amma biz bu oyuna yaxşı hazırlaşa bilmişik. Qənaətbəxş nəticəyə nail olmaq və Bakıdan vətənə yaxşı əhval-ruhiyyədə qayıtmaq istəyirik.

- “Piast”ın prezidenti Bakıda havadan, yeməkdən, sudan çox şikayətlənir. Bu, mümkün məğlubiyyət öncəsi bəraətə hesablanıb?
- Ölkələrimiz arasındakı hava şəraitində fərq çox böyükdü. Amma biz bu istiyə hazırıq. Bu, bizim üçün səbəb sayıla bilməz.

- Komandanızda bir neçə itki var. Bu, sizə ilk oyunda problem yatatmayacaq ki?
- İtkilərimiz var. Amma eyni zamanda heyətimizdə başqa yaxşı oyunçularımız da var. Hər kəsi əmin edirəm ki, bizim bu baxımdan problemimiz olmayacaq.

- Rəqib barədə daha nə bilirsiz?
- “Qarabağ”ın avrokuboklarda təcrübəsi var. Komandanızın heyətində millidə çıxış edən bir neçə futbolçunu xüsusi fərqləndirərdim. Admir Teli, Rəşad Sadıqov “Qarabağ” üçün böyük qüvvədi. Reynaldonu da qeyd edərdim. O, bizim müdafiə xəttimizə az problem yaratmayacaq.

- Bakıda sizi hansı nəticə qane edəcək?
- Rəqibimizə hörmətlə yanaşırıq. Amma Bakıda qələbə qazanmaq istəyirik. Bura nəticə qazanmaq üçün gəlmişik.

- Siz yəqin ki, “Qarabağ” vaxtilə daha güclü “Visla”nı mübarizədən kənarlaşdırıb...
- Biz bu barədə düşünmürük. İndi bizi yalnız öz oyunumuz narhat edir.