17 iyul 2013 21:28
Maccabinin kapitan: Əgər Xəzər Lənkəranı keçə bilməsək...
İsrailin “Maccabi” (Hayfa) klubunun kapitanı Yaniv Katan Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Sabah azarkeşlərimiz ötən mövsümlə müqayisədə daha yaxşı komanda görəcəklər. “Maccabi” indi daha güclü olub. Bu mövsüm çempionluğa oynayacağıq. Amma əgər “Xəzər Lənkəran”ı keçə bilməsək, bu, çox böyük məyusluq yaradar. Ancaq qələbə barədə düşünmək lazımdı. Fikrimcə, biz arzuladığımız nəticəyə nail ola biləcəyik. Komanda bu oyuna yaxşı hazırlaşıb. Rəqibimiz taktiki cəhətdən güclüdü. Sabah bizi asan oyun gözlədiyini düşünsək, cəzalana bilərik”.
