17 iyul 2013 22:43

Con Toşak: Komandama inanıram

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Hayfa “Maccabi”sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis İsraildə keçirilən mətbuat konfransında bunları söyləyib:

“Uzun karyeram ərzində ilk dəfədi ki, İsraildə oluram. Bu tarixi ölkədə olmaqdan məmnun olduğumu qeyd etmək istərdim. Rəqibimizin iki oyununun videoyazısını izləmişəm. Amma bu, son yoxlama oyunlarıdı və ona görə də “Maccabi”nin əsl gücünü öyrənmək baxımından inanmıram ki, yetərli olsun. Bununla belə biz öz oyunumuzu daha çox düşünürük. Daha çox “Slirma” ilə cavab oyununda göstərdiyimiz futbola yaxın bir oyun sərgiləmək istəyirik. Rəqib hörmət olunası bir klubdu. Sabah mənim təcrübəmlə hər hansı uğurun olacağını düşünmək lazım deyil. Çünki, futbolu meydanda futbolçular oynayır. Komandama inanıram və sərfəli nəticə ilə Azərbaycana dönməyi düşünürük. Biz son bir ay ərzində çoxlu səyahətlər etmişik. Sözsüz ki, bütün bu yorğunluqlar komandaya təsir edir. Üstəlik mövsüm başlamamış futbolçular istədiyin səviyyədə olmur. Bütün bunlara rəğmən dediyim kimi futbolçularıma inanıram və ona görə də burdayıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.