17 iyul 2013 23:15
“Düşünmürəm ki, Neftçi bu nəticədən narazı olmalıdı”
Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən dünən keçirilən mətbuat konfransında “Neftçi”nin heyətində yaxşı hesab etdiyim futbolçuların adlarını qeyd etmişdim. Bu oyunda onları “bağlamışdıq”. “Neftçi” yoxlama oyunlarında oynadığı futbolu sərgilədi. Biz isə ilk yarı ilə müqayisədə ikinci hissədə daha yaxşı oynadıq. Matç qolsuz başa çatdı. Bu üzdən evdə işimiz daha çətin olacaq. Lakin mən düşünmürəm ki, “Neftçi” bu nəticədən narazı olmalıdı”.
