17 iyul 2013 11:18
“Neftçiyə məğlub olmağa hazırlaşmırıq”
Albaniyanın “Skenderbeu” klubunun qapıçısı Orges Şehi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə oyunları öncəsi yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- “Neftçi” ilə oyunlara necə hazırlaşa bilmisiz?
- Mənə elə gəlir ki, biz doğru yoldayıq. Bütün uşaqlar yaxşı formadadılar.

- Bəs komanda niyə toplanış zamanı heç bir oyunda qələbə qazana bilmədi?
- Bu oyunların hamısı yoxlama xarakteri daşıyırdı. Məşqçilər korpusu ilk növbədə futbolçuların hansı formada olduğunu yoxlamaq istəyirdilər. Əlbəttə, nəticə də qazanmaq olardı. Amma bizim üçün əsas “Neftçi” ilə oyunlarda nəticə qazanmaqdı.

- Komandanın həmin oyunlarda 16 qol buraxması sizi narahat edir?
- Əlbəttə, bu, mənə də xoş deyil. Amma biz “Neftçi”ni keçsək, bütün bunlar unudulacaq.

- “Neftçi”nin oyunlarına baxmısız?
- Bəli. Özü də iki dəfə. Çox yüksək səviyyəli komandadı. Bizi azca üstələyirlər. Amma biz onlara məğlub olmağa hazırlaşmırıq.
- İlk oyunun səfərdə keçirilməsi sizə əlavə üstünlük qazandırır?
- Düşünmürəm. Söhbət Çempionlar Liqasından gedirsə, harda başlamağın fərqi yoxdu. İstənilən halda həm səfərdə, həm də evdə çətin olacaq. Bu, bizim şansımızı azacıq artıra bilər. O da yalnız Bakıda uğurlu nəticə qazansaq. O zaman ev oyununa sakitcə hazırlaşarıq.

- Şansları necə qiymətləndirirsiz?
- Fikrimcə, bizim 40, “Nefrçi”nin 60 faiz mərhələ keçmək şansı var.