17 iyul 2013 23:27

Mirel Yosa: Neftçi ilə ev oyunumuz Bakıdakından daha çətin keçəcək

Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:

- Mən dünən keçirilən mətbuat konfransında “Neftçi”nin heyətində yaxşı hesab etdiyim futbolçuların adlarını qeyd etmişdim. Bu oyunda onları “bağlamışdıq”. Futbolçularımın çıxışından razı qaldım. “Neftçi” yoxlama oyunlarında oynadığı futbolu sərgilədi. Biz isə ilk yarı ilə müqayisədə ikinci hissədə daha yaxşı oynadıq. Matç qolsuz başa çatdı. Bu üzdən evdə işimiz daha çətin olacaq. Lakin mən düşünmürəm ki, “Neftçi” bu nəticədən narazı olmalıdı. Çünki Korçedə onlar bir qol vursa, biz ikisini vurmalı olacağıq. Qarşıda bərpa olmaq, cavab görüşünə daha yaxşı hazırlaşmağımız üçün bir həftəmiz var. Ev oyununda yarımmüdafiə və hücum xəttində daha yaxşı oynamağımız lazımdı. “Neftçi” səfər oyunlarında həmişə qol vurur. Ona görə də bizə çətin olacaq. “Neftçi”yə hörmətlə yanaşırıq.
 
- Dünən siz “Neftçi”dən sürpriz gözlədiyini demişdiniz. Gördünüz?
- “Neftçi”nin bizə sürpriz hazırladığını bilmirdim. Amma başa düşürdüm ki, ya 4-4-2, ya da 4-4-1-1 taktikası ilə çıxış edəcəklər. Bertuççi çox yaxşı futbolçudu. O, birinci hissədə komandası üçün çox böyük iş gördü. Lakin biz də ürəkdən oynadıq.
 
- Sizin futbolçularınız mərhələ keçibmiş kimi sevinirdilər...
- Mən futbolçularımla danışdım. Onlara hələ mərhələni keçmədiyimizi dedim. Oteldə də söhbətimiz olacaq. Bir daha qeyd edirəm ki, ev oyunumuz Bakıdakından daha çətin olacaq.
 
- Futbolçularınızın qəsdən yerdə uzanıb vaxt aparması öncədən tapşırılmışdı?
- Bu, bizim üslubumuz deyil. Mən heç vaxt futbolçularımdan xahiş etməmişəm ki, yerdə uzanıb vaxt aparsınlar. Amma hərdən belə olur. Əminəm ki, sizin futbolçular da Milan “İnter”i ilə oyunlarda belə ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.