17 iyul 2013 23:32
Böyükağa Hacıyev: Neftçi bu mərhələni keçəcək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Albaniya “Skenderbeu”su ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mənim iddialarım olduğu kimi qalır. Əgər oyun 0:0 hesabıyla başa çatıbsa, rəqib hansı komponentdə bizdən üstün ola bilər ki? Albanlar futbol oynamırdılar, onlar özlərini hospitalda hesab edirdilər. Ötən mövsüm APOEL-lə də evdə 1:1 oynamışdıq. Amma səfərdə 3:1 hesabıyla qalib gəldik. Biz bu mərhələni keçəcəyik. Daha sonra növbəti mərhələ barədə də düşünəcəyik”.
