17 iyul 2013 11:29
Georgi Çixradze: Olimpiakosa qarşı yaxşı oyun göstərdik
Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirən “Simurq” “Olimpiakos”la görüşdə 1:2 hesabı ilə məğlub oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Georgi Çixradze oyun haqqında fikirlərini bölüşüb:
“Güclü rəqiblə görüş bizim üçün çox yaxşı test oldu. Bu mərhələdə özümüzü yoxlaya bildik. “Olimpiakos” yüksək səviyyəli komandadı. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarımsaatdan bir dəyişiklik edirdilər. Bizim komanda isə hələ tam formalaşmayıb. Məğlub olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən yararlana bilməsəkdə, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb”. (klub saytı)
