17 iyul 2013 11:36
Simurq hansı mövqelərə yeni oyunçu axtarır?
Avstriyadakı təlim-məşq toplanışında olan “Simurq”təlim-məşq toplanışı və yoxlama oyunları ilə yanaşı, heyətini gücləndirməyi də unutmur. Azerisport.az xəbər verir ki, “Olimpiakos”la görüşdən (1:2) sonra klub saytına danışan komandanın baş məşqçisi Georgi Çixradze transferlər haqqında da fikirlərini bölüşüb.
Gürcü mütəxəssis hansı mövqelərə yeni futbolçuların transfer edilməsi ilə bağlı sualı belə cavablandırıb: “Bizə hazırda hücumçu, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi lazımdı”.
O, həmçinin hazırda baxışda olan Eudi Silvanın oyununu da dəyərləndirib: “Eudis demək olar ki, bu gün özünü pis göstərmədi. Ancaq düşünürəm, o, hələ tam potensialın ortaya qoya bilmədi. Çünki hazırda “Olimpiakos” kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri olsa da, tam səviyyəsini göstərə bilmədi”.
