17 iyul 2013 23:41
Vaqif Cavadov: Tromsedə sərfəli nəticə qazanmaq istəyirik
“İnter”in kapitanı Vaqif Cavadov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveç “Tromse”sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamız bu oyuna ciddi hazırlaşıb. Qənaətbəxş nəticə qazanmaq istəyirik. Əlbəttə, səfər oyunlarında vurulan qolun əhəmiyyəti böyükdü. Bunu kimin vurmasının isə fərqi yoxdu. Burda vuracağımız qol hamını sevindirəcək. Növbəti mərhələyə keçmək istəyirik. Şanslar isə 50-nin 50-yədi. İlk oyundan sonra şansların nə dərəcədə dəyişəcəyi bilinəcək”.