17 iyul 2013 23:54

Böyükağa Hacıyev: Qələbə qazanmaq üçün hər şeyi etdik

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Albaniya “Skenderbeu”su ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
 
- Mənim iddialarım olduğu kimi qalır. Əgər oyun 0:0 hesabıyla başa çatıbsa, rəqib hansı komponentdə bizdən üstün ola bilər ki? Albanlar futbol oynamırdılar, onlar özlərini hospitalda hesab edirdilər. Ötən mövsüm APOEL-lə də evdə 1:1 oynamışdıq. Amma səfərdə 3:1 hesabıyla qalib gəldik. Biz bu mərhələni keçəcəyik.
 
- Hesab etmirsiz ki, komanda fiziki cəhətdən oyuna tam hazır deyildi?
- Xeyr. Oyunçular normal hazırlaşıblar.
 
- Futbolçular arasında anlaşma səviyyəsi sanki istənilən səviyyədə deyil...
- Oyunçular arasında heç bir problem yoxdu.
 
- Siz Flavinyonu cinahda oynatmaq istəmirsiz?
- Flavinyo istədiyi mövqedə oynaya bilər. Bu gün bizim sadəcə bəxtimiz gətirmədi. Əgər biz bu gün bircə qol vursaydıq, davamı gələcəkdi. Platye qol vurmaq istəyirdi. Oyundan öncə ona demişdim ki, azarkeşlər səni qəbul edə də bilərlər, etməyə də. Bizim azarkeşlər oyunçunu dərhal müzakirə edirlər. Arazda həlledici zərbələr alınmır. Bu, onun yeganə çatışmazlığıdı. Cavidin də qol vəziyyətləri oldu. Qələbə qazana bilmədik. Deməli, qismət deyilmiş.
 
- İki futbolçunuz bu gün durduğu yerdə sarı vərəqə aldı. Bununla bağlı fikriniz necədi?
- Futbolçu da inşandı. Bu, oyunun gərginliyindən irəli gəlirdi. Futbolda sarı vərəqə qaçılmazdı. Əlbəttə, hakimə narazılığını bildirməməlisən. Oyun epizodunda sarı vərəqə almaq başqadı, danışığa görə ayrı. Biz bu oyunu analiz edəcəyik. Mümkündü ki, müəyyən qərarlar çıxaraq.
 
- Sizə elə gəlmir ki, “Neftçi” qələbə qazanmaq üçün bir qədər fərqli oyun sərgiləməli idi?
- Rəqiblər bizim hücumlarımızı “oxuyurlar”? Mən belə düşünmürəm. Siz deyin, futbolda hücumlar necə olur ki? Bildiyim qədərilə oyun epizodundan və standart vəziyyətlərdən. Sabah oyunçularımla söhbətim olacaq. Birinci hissədə biz 30-a yaxın asma etdik. Bundan sonra “Skenderbeu” müdafiəyə çəkildi. Sadəcə, bəxt çatışmadı. Biz qələbə qazanmaq üçün hər şeyi etdik. Həm də ehtiyat edirdik ki, rəqib bizi əks-hücumlarda yaxalaya bilər. Siz bilirsiz ki, Albaniyada qol vurmağımız bizim üçün böyük üstünlük olacaq. Niyə rəqib komanda heç-heçədən sonra elə sevinirdi? Çünki “Neftçi” ilə hamı hesablaşır. Mən gələnə qədər “Neftçi” necə oyun göstərirdi ki?


 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.