17 iyul 2013 12:03
Neftçi - Skenderbeu matçına biletlərin yarısı satılıb
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu” (Albaniya) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 5500 bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” matçı bu gün “Bakcell Arena”da keçiriləcək. Stadionun tutumu 11 mindi. Sonda onu da xatırladaq ki, 2-20 manat qiymətində olan biletləri sözügedən arenanın kassalarından, eləcə də “28 Mall” və “MetroPark”dan əldə etmək olar.
