17 iyul 2013 20:55
Sumqayıt Gürcüstan klubunu darmadağın etdi (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhəbrlik etdiyi komandanın rəqibi Gürcüstan Birinci Liqa təmsilçisi "Mertsxali" olub.
Həmyerlilərimiz rəqib üzərində 3 cavabsız qolla qələbə qazanıblar.
Qeyd edək ki, “Sumqayıt” Gürcüstanda üç yoxlama oyunu keçirəcək. Növbəti görüş iyulun 20-də Premyer Liqa təmsilçisi "Merani Martvili" olacaq.
Yoxlama oyunu
17 iyul
Sumqayıt – Mertsxali - 3:0 (1:0)
Qollar: Ruslan Nəsirli, 12; 51, Vurğun Hüseynov, 47.
