17 iyul 2013 12:12
Öncə Qurbanov, sonra Broş
“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşa “Piast”ı ilə ilk oyun öncəsi açıq məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun bu gün baş tutacaq son hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19:00-da başlayacaq.
Eyni zamanda komandanın baş məşqçisi Qurban Qurbanov da jurnalistlərin suallarını cavablayacaq. Onun mətbuat konfransı saat 19:30-da start götürəcək.
Bu gün “Piast” da mərkəzi arenada son məşqə çıxacaq. Hazırlıq prosesi 21:00-da başlayacaq. Bundan yarım saat öncə isə qonaq komandanın çalışdırıcısı Marçin Broşun mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” – “Piast” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
