18 iyul 2013 00:03
Rəvanın Sloveniyadakı ilk sınağı sülhlə bitdi (YENİLƏNİB)
Yeni mövsümə hazırlığını Sloveniyada davam etdirən "Rəvan” adıçəkilən ölkədə bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun ilk rəqibi yerli klublardan "Aluminij” olub.
Görüşdə hesabı meydan sahibləri açıblar. Amma "aslanlar" ikinci hissədə Adamoviçin qolu sayəsində məğlubiyyətdən qaça bilib.
Qeyd edək ki, "Aluminij" ötən mövsüm Sloveniya kubokunda yarımfinala yüksəlmiş, lakin məhz bu mərhələdə mübarizəni dayandırmışdı.
Yoxlama oyunu
17 iyul
Rəvan – Aluminij - 1:1
Qol: Miloş Adamoviç, 70 (1:1)
