18 iyul 2013 00:27
Tromsenin kapitanı: Qarabağın Rosenborg üzərindəki qələbəsini yaxşı xatırlayıram
Norveçin “Tromse” klubunun kapitanı Miika Koppinen Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, finlandiyalı futbolçu bunları söyləyib:
“Mən Azərbaycan futbolu ilə yaxşı tanışam. “Qarabağ”ın “Rosenborg” üzərindəki qələbəsini xatırlayıram. Fikrimcə, onların həmin qələbəsi çox şeydən xəbər verir. Finlandiyada çıxış edərkən də Azərbaycan komandalarına qarşı oynamışam. Güclü komandaları var. Bu ölkənin yığma komandasını da yaxşı xatırlayıram. Sabah (bu gün) əldə etdiyimiz bütün məlumatlardan yararlanmağa çalışacağıq”.