18 iyul 2013 00:36
Aqnar Kristensen: İnterlə evdə oynasaq da, çətin olacaq
Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bizim rəqib barədə çoxlu məlumatımız var. Həmçinin onların “Mariehamn”la oyunlarına baxmışıq. “İnter”in futbolçuları topla yaxşı davranırlar. Cinahlarda çox dəqiq oynayırlar. Komandanın kapitanını (Vaqif Cavadovu nəzərdə tutur – azerisport.az) xüsusi qeyd edərdim. İlk oyunu evdə keçirsək də, bizə istənilən halda çətin olacaq. Təəssüf ki, heyətlə bağlı itkilərimiz var. Salu Giss komandamıza kömək edə bilməyəcək. Amma onu əvəz edəcək futbolçularımız var. İlk oyunda mütləq uğurlu nəticə qazanmalıyıq. Çünki səfərdə işimiz çətin olacaq”.