18 iyul 2013 00:44
“Qarabağa səfərdə qol vurub, uduzmamaq çox vacibdi”
Polşanın “Piast” klubunun yarımmüdafiəçisi Artis Lazdins Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Avrokubok oyunları bizim üçün çox vacibdi. Biz ilk dəfə öz səviyyəmizi Avrpa arenasında görmək imkanı qazanmışıq. Bu, əla hissdi. Komandamız oyuna hazırdı. Bakıda yaxşı oyun sərgiləyib, sərfəli nəticə qazanmaq istəyirik ki, mərhələ adlayaq. “Qarabağ”a səfərdə qol vurub, uduzmamaq çox vacibdi”.
