17 iyul 2013 12:44
Piast Bakıya 22 futbolçu ilə gəldi (FOTOLAR)
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq Polşanın "Piast" klubu ötən gecə paytaxtımıza gəlib. Azerisport.az xəbər verir ki, Qlivitsa klubu ölkəmizə 22 futbolçu ilə təşrif buyurub.
Lakin komanda Azərbaycana tam heyətlə gələ bilməyib. Belə ki, "Piast" zədə səbəbindən qapıçı Dariuş Trela və yarımmüdafiəçi Boyçex Kedziorun xidmətindən istifadə edə bilməyəcək. Eyni zamanda Kristof Krol da zədəli olduğundan Bakıya gətirilməyib. İspaniyalı futbolçu Mark Embuena isə viza problemi səbəbindən Polşada qalmalı olub.
"Piast" Bakıya aşağıdakı futbolçularla gəlib:
Qapıçılar: Yakob Şmatula, Ceyms Şumski;
Müdafiəçilər: Çaba Horvat, Yan Polak, Adrian Klepçinski, Lukaş Krzuçki, Damian Zbozyen, Metyu Matras;
Yarımmüfadiəçilər: Mariuş Zqanyaç, Patrik Ditko, Radoslav Muravski, Kamil Vilçek, Pavol Çiçman, Tomaş Podqorski, Matey İzvolt, Lukaş Hanzel, Bartoş Şeliqa, Artis Lazdins, Pavel Lisovski;
Hücumçular: Marçin Robak, Tomas Doçekal, Ruben Fernandes Xurado.
