18 iyul 2013 00:58
Neftçinin futbolçularına müəmmalı qadağa!
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Albaniya “Skenderbeu”su ilə ilk oyunundan sonra “Neftçi”nin futbolçularından açıqlamaq almaq mümkün olmayıb. Azerisport.az xəbər verir ki, 0:0 hesabıyla başa çatan qarşılaşmadan dərhal sonra könüllülər futbolçularla jurnalistlər arasında sədd yaradıblar və müsahibə almağa imkan verməyiblər.
Ən maraqlısı isə onların bu barədə tapşırığı... guya AFFA-dan aldıqlarını deməsi olub. Halbuki, bu oyunu təşkil etmək və belə bir tapşırıq vermək futbol qurumunun səlahiyyətində olmayan məsələdi. Ümumiyyətlə, AFFA-nın “Neftçi”nin futbolçularına danışmağa qoymasının da mətləbə uzaqdan-yaxından heç bir dəxli yoxdu.
