17 iyul 2013 13:16
Simurq daha bir sabiq üzvünü komandaya qaytardı
“Simurq” daha bir futbolçusunu geri qaytarmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, Dilavər Zrnanoviç Zaqatala klubunun düşərgəsinə dönüb.
28 yaşlı bosniyalı futbolçu hazırda “Simurq”un Avstriya toplanışında iştirak edir. O, dünən Yunanıstanın məşhur “Olimpiakos” klubu ilə keçirilən yoxlama oyununun ikinci hissəsinin əvvəlində bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, Dilavər ötən mövsüm “Simurq”da 28 oyuna çıxıb və 2375 dəqiqə oynayıb. Müdafiəçi əvvəllər Bosniya və Hersoqovinada “Buduçnost”, “Sarayevo”, Rusiyada “Moskva”, Latviyada “Dauqava” və Belarusda “MTZ-Ripo” klublarının formasını geyinib.
“Simurq” bundan əvvəl braziliyalı Anderson de Oliveyra və xorvat Styepan Polyakı da geri qaytarmışdı. Lakin klubun bu futbolçulardan öncə imtina edib, sonra onları yenidən bir-bir geri qaytarması heç bir peşəkarlığa sığmır.
