18 iyul 2013 01:09
“Popoviç bizim gücümüzə güc qatdı”
Türkiyənin “Tavşanlı Linyitspor” klubunun baş məşqçisi Ümit Erol Tok futbol üzrə Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçi transfer etmələrindən danışıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü ilə 2 illik müqavilə imzalayan Türkiyə təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
“Andrey Popoviç və Mehmet Çoğumun transferi komandamızın gücünə güc qatdı”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini deyib. Bildirib ki, heyətə bir forvard və bir stoper qatacaqlar.
