17 iyul 2013 13:30
Millimizin forvardı Hollandiya və Portuqaliya klublarına qarşı
Futbol üzrə Azərbaycan millisinin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un Hollandiya toplanışı zamanı keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Roberto Karlosun başçılıq etdiyi Türkiyə klubu 18 günlük hazırlıq prosesində 4 yoxlama oyunu keçirəcək.
“Sivasspor” iyulun 20-də Hollandiyanın “Nijmegen”, 3 gün sonra “De Graafschap”, ayın 26-da “Go Ahead Eagles” klubları ilə qarşılaşacaq. Son rəqib isə Portuqaliyanın “Belenenseş” klubu olacaq. Bu oyun iyulun 29-da keçiriləcək.
