17 iyul 2013 13:38
Olimpiakosun baş məşqçisi: Simurq möhkəm komandadı
Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Mişel del Kampo Avstriya toplanışı çərçivəsində “Simurq”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesabıyla qalib gəldiyi görüşdən sonra bunları söyləyib:
“Bu gün bir neçə yeni futbolçunu sınaqdan keçirdik. Təxminən 30-a yaxın futbolçuya oynamaq şansı yaratdım ki, onların necə formada olduğunu aydınlaşdıraq. Bizi qarşıda çətin mövsüm gözləyir. Ona görə belə oyunlar bizə çox lazımdı. Rəqib çox möhkəm komanda idi. Şadam ki, onlar üzərində qələbə qazanmağı bacardıq”.