17 iyul 2013 13:45
Azarkeşlər Neftçinin qələbəsinə şübhə etmirlər
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”su ilə Bakıdakı oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyi bəllidi.
Beləliklə, azarkeşlərin “Neftçi”nin qələbəsinə qətiyyən şübhə etmədiyini qeyd etmək olar. Məsələ burasındadı ki, respondentlərin 82 faizi (1401 səs) məhz komandamızın qalib gələcəyini proqnozlaşdırıb.
“Skenderbeu”nun qalib gələcəyini proqnozlaşdıranlar 12 faiz (203 səs) təşkil edib.
Heç-heçə olacağını proqnozlaşdıranlar isə daha azdı.
