18 iyul 2013 01:45
Tromse - İnter matçına 2500 bilet satılıb
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək Norveç “Tromse"si ilə “İnter” arasındakı ilk matça bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 2500 bilet satılıb.
Qeyd edək ki, biletlərin qiyməti 50-150 kron (kron - Norveç milli pul vahidi) aralığında dəyişir. Bu, Azərbaycan manatı ilə 7-20 manat edir. Oyun saatına qədər 4000 biletin satılması gözlənilir. Qeyd edək ki, bu matçın baş tutacağı “Alfheim Arena” 6859 azarkeş tutumuna malikdi.
Qeyd edək ki, "Tromse" - "İnter" matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
